Xüsusi təyinatlılar girov götürüldü


Dünya 08 Avq 2019 10:12:22 254 0

Xüsusi təyinatlılar girov götürüldü

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin iqamətgahı ətrafında gərginlik davam edir. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, RİA Novosti-nin həmin ərazidə olan müxbirinin məlumatına görə, eks-prezidentin tərəfdaşları xüsusi xidmət orqanı əməkdaşlarını girov götürüblər. 

Girov götürülmüş 6 xüsusi təyinatlıya təcili tibbi yardım göstərilib. 

"Hökumət qoyulmuş tələbləri yerinə yetirməyib, buna görə də girovlar, hələ ki, bizim əlimizdədir. Onların vəziyyəti normaldır", - Atambayevin tərəfdarlarından biri müxbirlə söhbətində qeyd edib. 

Gecə saatlarında gələn həkimlər xüsusi xidmət orqanı əməkdaşlarına sarğı qoyublar. 

Son məlumatlara görə, insident nəticəsində yaralananların sayı 50-yə yaxınlaşır, 1 nəfərin isə öldüyü deyilir. 


Xəbərə aid fotolar