Avtobusların toqquşması Bakıda tıxac yaratdı (FOTO)


Digərləri 08 Avq 2019 09:45:00 194 0

Avtobusların toqquşması Bakıda tıxac yaratdı (FOTO)

Bakı-Sumqayıt yolunda qəza tıxaca səbəb olub.

Bakı. Elçin Mehdiyev – Bakı-Sumqayıt yolunda qəza tıxaca səbəb olub. Trend-in məlumatına görə, bu gün səhər saatlarında Xırdalan dairəsi adlanan ərazidə turizm şirkətlərindən birinə məxsus avtobusla sərnişin avtobusu toqquşub. Toqquşma nəticəsində həmin ərazidə avtomobillərin tıxacı yaranıb. Həmçinin qəza səbəbindən Bakı-Sumqayıt yolu bağlanıb.