Atambayevin evində yanğın


Dünya 08 Avq 2019 09:30:00 217 0

Atambayevin evində yanğın

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin evinin ərazisində yanğın başlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" xəbər verib. Həmin ərazidən atəş və güllə səsləri eşidilməkdədir. 

"TASS" yazır ki, istirahətdə olan Qırğızıstan prezidenti Sooronbay Jeenbekov də artıq paytaxt Bişkekə yola düşüb.

**

Keçmiş prezidentin tərəfdarları ilə xüsusi xidmət orqanlarının əməkdaşları arasında yaşanan qarşıdurma nəticəsində yaralananların sayı 15-ə çatıb. Onlar dərhal xəstəxanaya çatdırılıblar. 

**