Bu ölkədə jurnalistlərə pulsuz


Dünya 08 Avq 2019 09:16:00 206 0

Bu ölkədə jurnalistlərə pulsuz

İranda 1 il müddətinə jurnalistlərə pulsuz internet veriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

H.Ruhaninin sözlərinə görə, İran hökuməti 8 avqust - Jurnalist Günü ilə bağlı jurnalistləri mükafatlandırmaq üçün bu addımı atıb.

H.Ruhani əlavə edib ki, bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromiyə göstəriş verilib.