Jurnalistlərə pulsuz internet veriləcək


Digərləri 08 Avq 2019 09:05:00 237 0

Jurnalistlərə pulsuz internet veriləcək

İranda 1 il müddətinə jurnalistlərə pulsuz internet veriləcək.

Bakı. Elnur Bağışov - İranda 1 il müddətinə jurnalistlərə pulsuz internet veriləcək. Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib. H.Ruhaninin sözlərinə görə, İran hökuməti 8 avqust - Jurnalist Günü ilə bağlı jurnalistləri mükafatlandırmaq üçün bu addımı atıb. H.Ruhani əlavə edib ki, bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromiyə göstəriş verilib.