Rusiyada yol qəzasında 30 nəfərdən çox adam xəsarət alıb


Dünya 08 Avq 2019 08:48:00 198 0

Rusiyada yol qəzasında 30 nəfərdən çox adam xəsarət alıb

Rusiyanın Novorossiysk şəhəri yaxınlığında baş verən qəzada iki nəfər ölüb, otuz ikidən çox insan xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, Verxnebakanskiy qəsəbəsi yaxınlığında reys avtobusu minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində hər iki avtomobil 30 metr dərinlikdə olan dərəyə düşüblər.

Bildirilir ki, 21 nəfər, o cümlədən 11 azyaşlı, xəstəxanaya yerləşdirilib. Ümumilikdə avtobusda 42 nəfər olub.