İnternet istifadəçilərinin sayı artır


Digərləri 08 Avq 2019 08:35:00 212 0

İnternet istifadəçilərinin sayı artır

Statista onlayn statistika portalında yayımlanan hesabatlardan alınan məlumatlara görə, dünyada internet istifadəçilərinin sayı artmaqda davam edir.

Son.az chip.az-a istinadən bildirir ki, dünya əhalisinin 56 faizi internetdən istifadə edir. Onlayn statistika portalı Statista-da yer alan məlumatlara görə, bu ilin iyul ayının məlumatına görə, internet istifadəsi 56 faizə yüksələrək 4,33 milyard insana çatdı.

Bu ilin iyul ayına olan məlumata görə, dünyada internet istifadəsi 56 faiz artaraq 4,33 milyard insana çatdı. Şərqi Asiya bölgəsi 1 milyard internet istifadəçisi ilə ilk sırada, Şərqi Asiya bölgəsi isə 803 milyon ilə Cənubi Asiya növbəti sırada yer alır.

Bütün dünyada Çin internet istifadəçisi sayına görə 829 milyonla birincidir. Ondan sonra Hindistan (560 milyon) və ABŞ (292) gəlir.

Ən sürətli internet isə Sinqapur (195.88 Mbps), Honq-Konq (173,54 Mbps) və Cənubi Koreyada (144,99 Mbps) sayılır.

İnternetdə ən çox istifadə edilən dil 25,2 faizlə ingiliscə, 19,3 faizlə çincə və 7,9 faizlə ispancadır.

Dünyanın ən məşhur mesajlaşma tətbiqi 1,6 milyard aylıq aktiv istifadəçi sayına görə Whatsapp, ondan sonra 1,3 milyardla Facebook Messenger gəlir. Ümumiyyətlə isə Facebook 2,4 milyard aylıq aktiv istifadəçisi ilə ən böyük ictimai şəbəkə sayılır.