Qlobal planşet bazarının həcmi 5% azalıb


Digərləri 08 Avq 2019 08:21:00 242 0

Qlobal planşet bazarının həcmi 5% azalıb

2019-cu ilin ikinci rübündə ənənəvi və hibrid modellər daxil olmaqla qlobal planşet tədarükünün həcmi illik hesablamada 5% azalaraq 32,2 milyon səviyyəsində olub. "IDC" analitik şirkətinin yeni hesabatında bu barədə məlumat verilib.

Son.az ICTnews-a istinadən bildirir ki, planşet bazarının lideri olan "Apple" korporasiyası planşetlərin tədarük həcmini 6,1% artıraraq 12,3 milyona çatdırıb. Nəticədə "iPad" planşet kompüterlərinin bazar payı 4% yüksələrək 38,1%-ə yaxınlaşıb. "iPad Air" yenilənmiş modelinin çıxarılması sayəsində şirkət çıxarılıb taxılan klaviaturaya malik planşetlərinin tədarük həcmini 2 dəfə artırıb. Lakin ənənəvi "iPad" cihazlarının tədarük həcmi 2018-ci ilin aprel-iyun ayları ilə müqayisədə 7,5% azalıb.

"Samsung" şirkəti reytinqdə ikinci yerini qoruyub saxlamağa davam edir və hətta bazar payını artırıb. Cənubi Koreya nəhəngi 4,9 milyon planşet çıxarıb ki, bu da ötən illə müqayisədə 3,1% azdır. "Samsung"un qlobal tədarük həcminə töhfəsi 2018-ci ilin aprel-iyun ayları ilə (14,9%) müqayisədə 15,2% təşkil edib.

"Huawei" şirkəti siyasi çətinliklərə baxmayaraq reytinqdə üçüncü yeri və öz bazar payını qoruyub saxlayıb. "Huawei"nin planşetlərinin tədarükü 3,3 milyon səviyyəsində olub ki, bu da 10,3% bazar payı göstəricisinə uyğundur.