Şəxsiyyət vəsiqələrində barmaq izi də yer alacaq


Digərləri 08 Avq 2019 08:25:00 208 0

Şəxsiyyət vəsiqələrində barmaq izi də yer alacaq

Belçikada şəxsiyyət vəsiqələrində barmaq iziniyer aldığı hissə olacaq. Belə ki, Belçikada 2020-ci ildən etibarən şəxsiyyət vəsiqələrində barmaq izinin olması məcburi hala gətiriləcək.

Son.az chip.az-a istinadən bildirir ki, tətbiq saxta sənədlərin istifadəsinin qarşısını almaq məqsədi daşıyır.

Hökumət rəsmilərinin qəbul etdiyi qərarın 10 il ərzində həyata keçiriləcəyi bildirilib və layihə 2020-ci ildən start götürəcək.

Qeyd edək ki, sözügedən tətbiqin test mərhələsinə aprel ayında başlanılması gözlənilirdi, ancaq ölkədə hökumətin vəzifəsinin başa çatması ilə əlaqədar qərar təxirə salınmışdı.