Tayvan sahilləri yaxınlığında zəlzələ olub


Dünya 08 Avq 2019 08:28:00 230 0

Tayvan sahilləri yaxınlığında zəlzələ olub

Tayvan adası yaxınlığında 5.9 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, "UTC" vaxtı ilə saat 21:28-də qeydə alınan yeraltı təkanların episentri Taybey şəhrindən 76 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zərərçəkənlər və ya dağıntılar barədə məlumat hələ verilməyib.