Rusiyada yol qəzasında 30 nəfərdən çox adam xəsarət alıb


Digərləri 08 Avq 2019 05:31:00 196 0

Rusiyada yol qəzasında 30 nəfərdən çox adam xəsarət alıb

Rusiyanın Novorossiysk şəhəri yaxınlığında baş verən qəzada iki nəfər ölüb, otuz ikidən çox insan xəsarət alıb

Bakı. Rusiyanın Novorossiysk şəhəri yaxınlığında baş verən qəzada iki nəfər ölüb, otuz ikidən çox insan xəsarət alıb. Trend-in məlumatına görə, Verxnebakanskiy qəsəbəsi yaxınlığında reys avtobusu minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində hər iki avtomobil 30 metr dərinlikdə olan dərəyə düşüblər.