Stresi azaldır, limfa sistemini gücləndirir... SOYUQ DUŞ ALMAĞIN FAYDALARI


Digərləri 07 Avq 2019 23:39:00 275 0

Stresi azaldır, limfa sistemini gücləndirir...  SOYUQ DUŞ ALMAĞIN FAYDALARI

Soyuq suş almaq fikri qulağa elə də xoş gəlməyə bilir. Lakin sağlamlğa birçox faydası var. Son.az medicina.az-a istinadən sabahı soyuq su ilə açmağın gün ərzində xeyrlərini təqdim edir.

Duş almaq hərgün edilməli olan bir parasedurdur. Gigyenik baxımından olduqca vacib amildir. Adətən isti duş qəbul etməyə üstünlük veririk. Soyuq su ilə çimməyi isə çox insan sevməz. buna vərdiş etməmisinizsə başlamaqda çətinlik çəkə bilərsiniz. faydalarına görə bunu sıx-sıx təkrarlamlısınız. lakin həddindən artıq soyuq su da olmaz. Çalışın üşüməyin. qışda da ilıq su ilə yuyunmaqda fayda var. 

DƏRİYƏ VƏ SAÇLARA FAYDALIDIR

Soyuq duş dəri və saç üçün ən gözəl təbii vasitədir. Saçların canlı görünməsi və dəridəki gözcüklərin yığılması üçün faydalıdır. Baş dərisini, saçların köklərini gücləndirir.daha parlaq və güclü saç bəxş edir.   İMMUN SİSTEMİNİ GÜCLƏNDİRİR

Soyuq su ilə duş almaq, bədəni gücləndirir. Buna görə də virsularddan sizi uzaq tutur. Soyuq suya girdikdə, insanın canına titrətmə gəlir. Bu öz növbəsində insan orqanizmində metobalizmi gücləndirir və immun sisteminin bərpasını aktivləşdirir.

QAN DÖVRANINI YAXŞILAŞDIRIR   Soyuq su qan damarlarının daralmasına səbəb olur. Bu da qanın sürətli axmasına kömək edir.  Qanın yaxşı hərəkət etməsi nəticəsində yüksək qan təzyiqi normallaşır və damarlar güclənir.   ARIQLAMAĞA KÖMƏK EDİR    Soyuq duş artıq çəki atmağa kömək edir. Vücud soyuğa məruz qaldıqda isinmək üçün daha çox enerji itirməsinə səbəb olur. Bədən isindikcə daha çox yağ yandırır və bu arıqlamağa yardımçı olur. Soyuq su ilə çimmək sizi, vücudunuzda toplanan toksinlərdən azad edir.

LİMFA SİSTEMİNİ GÜCLƏNDİRİR   Limfa mayesi əzələlərin bükülməsi ilə yaranır. Soyuq duş bütün bədəndəki əzələlərin yığılmasını təmin etdiyi üçün limfa sistemi də yaxşı işləyir. Beləliklə tullantı maddələr orqanizmdən daha sürətlə atılır.