Azərbaycan nefti ucuzlaşıb
Digərləri 07 Avq 2019 23:12:00 204 0
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 6-da 62,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,63 dollar/barel azdır.
Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel azdır.
Mənbə: milli.az