Dünya əhalisinin dörddəbir hissəsi... ŞOK STATİSTİKA


Digərləri 07 Avq 2019 23:16:00 244 0

Dünya əhalisinin dörddəbir hissəsi...  ŞOK STATİSTİKA

Dünya əhalisinin təqribən dörddəbir hissəsi su qıtlığının yüksək həddə çatdığı 17 ölkədə yaşayır.

Son.az xəbər verir ki, bu barədə məlumatı Dünya Resursları İnstitutu (WRI) yayıb.

Su qıtlığından ən çox əziyyət çəkən ölkələr bunlardır: Qətər, İsrail, Livan, İran, İordaniya, Liviya, Küveyt, Səudiyyə Ərəbistanı, Eritreya, BƏƏ, San-Marino, Bəhreyn, Hindistan, Pakistan, Türkmənistan, Oman və Botsvana. Bu ölkələr Yaxın Şərqdə və Şimali Afrikada yerləşir.

Bu siyahıda 13-cü yeri tutan Hindistanın əhalisi qalan 16 ölkənin hamısının əhalisindən 3 dəfə çoxdur.

Dünya Resursları İnstitutunun məlumatında deyilir: "Su qıtlığından daha çox əziyyət çəkən 17 ölkədə kənd təsərrüfatı və sənaye sahələri, habelə bələdiyyələr istifadədə olan səth və yeraltı suların ildə orta hesabla 80 faizini istehlak edir".