Qrenlandiya yer üzündən silinə bilər


Digərləri 07 Avq 2019 23:07:00 238 0

Qrenlandiya yer üzündən silinə bilər

Qrenlandiya yer üzündən silinmə təhlükəsi qarşısındadır: bir gün ərzində adada 12 milyard ton buz əriyib.

Son.az ölkə.az-a istinadən bildirir ki, bu, mütləq rekord göstəricidir.

Danimarkalı rejissor dəhşətli kadrları çəkməyi bacarıb. Videodan da göründüyü kimi, nəhəng buzlaqları su axını əvəzləyib. Buna səbəb hava şəraitinin görünməmiş dərəcədə isti keçməsidir. İsti iqlim şəraiti Avropadan Arktikaya da keçib.

Bir həftədir ki, Qrenlandiyada hava tempraturu müsbət 22 dərəcədən aşağı düşmür. Təkcə bu yay ada buzlaqlarının 60 faizini itirib.