Maşın 35 yaşlı qadını vurub FOTO


Digərləri 07 Avq 2019 22:30:00 307 0

Maşın 35 yaşlı qadını vurub  FOTO

Avqustun 7-si Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə günorta saatlarında Nəriman Nərimanov küçəsində qeydə alınıb. Qəza zamanı "99 FT 859" dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil piyada Xaçmaz rayonu Qobuqırağı kənd sakini, 1986-cı il təvəllüdlü Fərqanə Pənahovanı vurub.

Qadın ciddi bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. F.Pənahovanın vəziyyəti stabildir. Həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar