Disney "Evdə tək" və "Muzeydə bir gecə" filmlərini təkrarən çəkəcək


Digərləri 07 Avq 2019 21:29:00 204 0

Disney "Evdə tək" və "Muzeydə bir gecə" filmlərini təkrarən çəkəcək

"The Walt Disney" kompaniyası "Evdə tək" (Home Alone) və "Muzeydə bir gecə" (Night at the Museum) filmlərinin yenidən çəkilməsinə qərar verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, filmlərin çəkilişi bitdikdən sonra onları Disney+ striminq platformasında izləmək mümkün olacaq. Ancaq hələlik filmlərin hansı formada ekrana çıxacağı bəlli deyil. Çünki onlar tammetrajlı yaxud da serial şəklində ola bilər.

Qeyd edək ki, Disney+ platformasının açılışı noyabrın 7-də nəzərdə tutulub.