Kirkorovdan məhkəməyə şikayət edildi


Digərləri 07 Avq 2019 20:51:00 248 0

Kirkorovdan məhkəməyə şikayət edildi

Rusiyanın "Kremlyovsk" qida məhsulları kombinatı xalq artisti Filipp Kirkorova qarşı Moskva şəhər Arbitraj Məhkəməsinə müraciət edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb artistin "Ya" ("Я") şousu zamanı texniki işçilərinin qida xərclərinin ödənilməməsidir. 

F. Kirkorovun direktorunun sözlərinə görə isə kombinatın şikayəti əsassızdır. Belə ki, onlar əvvəlcə göndərilən hesabı tam ödəyib. Bundan sonra isə "Kremlyovsk" artistin komandasından daha 80 min rubl istəyib. Artistin nümayəndələri isə bunu ödəməyi vacib bilməyib.

"Aydınlaşdıracağıq", - direktor bildirib.