Qırğızıstanda Atambayevin həbsinə başlanıldı


Dünya 07 Avq 2019 19:51:00 301 0

Qırğızıstanda Atambayevin həbsinə başlanıldı

Qırğızıstanda ölkənin keçmiş prezidenti Almazbek Atambayevin həbsi ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyata başlanılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TASS" xəbər verib. Atambayevin imarətgahına hücum nəticəsində tərəfdarları ilə xüsusi xidmət orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. 10 nəfər xəsarət alıb. Yaralıların arasında jurnalistlərin də olduğu qeyd edilir.

Qeyd edək ki, keçmiş prezidenti ömürlük həbs cəzası gözləyir. İyunun 20-də Qırğızıstan parlamenti Atambayevə qarşı onun törətdiyi müxtəlif cinayətlərlə bağlı ittihamlar irəli sürüb. O, əsasən, korrupsiyada, torpaqların qanunsuz zəbt olunmasında və digər cinayətlərdə günahlandırılır.

A. Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib. İyunun sonunda parlament keçmiş prezidentin toxunulmazlığını ləğv edib.


Xəbərə aid foto