"İnsan dar gündə tanınar"


Şou-biznes 07 Avq 2019 19:53:00 306 0

"İnsan dar gündə tanınar"

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva sosial şəbəkədə yeni paylaşım edib.

Son.az axşam.az-a istinadən bildirir ki, həyat yoldaşı Royal ilə birlikdə çəkilən fotosuna "Deyirlər insanlar dar günündə tanınar. Yaxşı ki, mənim həyatımda varsan. Hər şey yaxşı olacaq" deyə yazıb. Paylaşım qısa zamanda xeyli izləyici tərəfindən bəyənilib. Onlar aktrisaya cansağlığı arzu ediblər. Sənətçilərdə də paylaşımdan yan keçməyiblər.

Qeyd edək ki, Tünzalə uşaqlıq yolu xərçəngindən əziyyət çəkir. O, bir müddət əvvəl sağaldığını demişdi. Son günlər isə aktrisa xəstəliyin qayıtdığını, şişin boğazına qədər yayıldığını söyləyib.