Pirşağıda avtomobillə vurulan qadın xəstəxanada öldü


Digərləri 07 Avq 2019 19:28:00 430 0

Pirşağıda avtomobillə vurulan qadın xəstəxanada öldü

Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində "Mercedes" markalı avtomobillə qəsəbə sakini Z.Süleymanova vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, avqustun 6-da saat 17 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Allahverdiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini Zöhrə Süleymanovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.