Ancelina Coli: "Teztez qızlarıma deyirəm ki..." FOTO


Digərləri 07 Avq 2019 19:04:00 233 0

Ancelina Coli: "Teztez qızlarıma deyirəm ki..."  FOTO

44 yaşlı aktrisa Ancelina Coli Amerikanın "Elle" jurnalı üçün kamera qarşısına keçib.

Son.az xəbər verir ki, aktrisa qlamur geyimlərdə iki qara böyük itlə birlikdə fotoqraflara poza verib. Yeri gəlmişkən, itlərdən biri Ancelina Colinin sevimli ev heyvanıdır.

Nəşrin redaktorlarına verdiyi müsahibədə Ancelina müasir cəmiyyətdə qadınların sıxışdırılmasına münasibətini bildirib. Coli əmindir ki, bu gün bir çox qadına Salem cadugərləri kimi davranırlar.

"Çağdaş dünyamıza baxdıqda, özümüzdən soruşmalıyıq: niyə insanlar qadınları ikinci planda saxlamaq üçün bu qədər səy sərf edirlər? İndi qaydalara və kodlara əməl etməyə razı olmadığı üçün bir çox qadın ifritə hesab olunur. Səslərindən və hüquqlarından imtina etməyən qadınlar ölüm, həbs və ümumbəşəri qınaq təhlükəsi altındadır. Əgər bu həqiqətən pisdirsə, onda dünyamızın belə "ifritələr"ə daha çox ehtiyacı var".

Coli müsahibəsində 6 uşağını hansı tərbiyə prinsipləri altında böyütməsi barədə də danışıb.


Xəbərə aid fotolar