İlk dəfə ələlə görüntüləndilər


Digərləri 07 Avq 2019 18:15:00 217 0

İlk dəfə ələlə görüntüləndilər

Aktyorlar Dilan Telkök ilə Berkay Hardal ilk dəfə əl-ələ görüntüləniblər.

Son.az axşam.az-a istinadən xəbər verir ki, cütlük birlikdə alış-veriş mərkəzinə yollanıb. paparassiləri qarşısında görən sevgililər təəccübünü gizlədə bilməyib.

Dilan və Berkay ünvanlanan suallara "Daha münasibətlərin başlanğıcındayıq. Həyəcan yaşayırıq. Dostlarımızın sayəsində tanış olduq. əvvəl dost idik, sonra sevgili olduğumuzu başa düşdük" deyərək, uzaqlaşmağa çalışıblar.

Qeyd edək ki, Berkay "İstanbullu gelin" serialında Murad obrazı ilə məşhurlaşmışdı. O, ekran işində sevgilisi obrazını canlandıran Hira Koyuncuoğlu ilə real həyatda da eşq yaşayırdı.


Xəbərə aid fotolar