Şəkidə arıçılıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanıb (FOTO)


Digərləri 07 Avq 2019 18:06:00 204 0

Şəkidə arıçılıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanıb (FOTO)

KOBİA arı ailələrinin Şəkinin Kiş kəndi ərazisində yerləşdirilməsinə dəstək göstərib.

Bakı. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arıçılıqla məşğul olan sahibkarların müraciəti əsasında arı ailələrinin Şəkinin Kiş kəndi ərazisində yerləşdirilməsinə dəstək göstərib. Agentlikdən Trend-ə verilən məlumata görə, KOBİA-nın Şəki şəhəri üzrə “KOB Dostu” Kiş kəndi ərazisində arı ailələrinin yerləşdirilməsi üçün müvafiq icazənin alınması, bunun üçün lazım olan sənədlərin hazırlanaraq aidiyyəti qurumlara təqdim olunmasında arıçı sahibkarlara - Kazım Qarayevə və Tahir İsmayılova dəstək olub. “KOB Dostu”nun dəstəyi və yerli qurumlarla əməkdaşlıq çərçivəsində arı ailələrinin Kiş kəndində meşə ərazisində yerləşdirilməsi təmin edilib. Sahibkar Kazım Qarayev: “Uzun müddətdir arıçılıqla məşğul oluram. Arıçılıq əsas gəlir mənbəyimdir. Arı ailələrinin meşə ərazisində yerləşdirilməsi üçün icazə sənədinin alınmasına Şəki “KOB Dostu” tərəfindən yaxından dəstək göstərildi. Bu il təsərrüfatımdan yüksək məhsuldarlıq gözləyirəm”.