Bakıda mağazadan 73 ədəd telefon oğurlandı FOTO


Kriminal 07 Avq 2019 17:44:00 210 0

Bakıda mağazadan 73 ədəd telefon oğurlandı  FOTO

Nəsimi rayonunda yerləşən telefon mağazalarından birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, zərərçəkən mağaza sahibi polisə müraciət edərək obyektin pəncərəsinin naməlum şəxs tərəfindən sındırıldığını oradan 2146 manat pul və dəyəri 22887 manat olan 73 ədəd müxtəlif modelli mobil telefonun oğurlandığını bildirib.

Məlumat daxil olan kimi Nəsimi Rayon Polis İdarəsi və 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. İdarə və şöbə əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini İbrahim Delili saxlanılıb.

Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Onun oğurladığı telefonlar yaşadığı evdə aşkar olunaraq maddi sübut kimi götürülüb.


Xəbərə aid fotolar