Həyətində xaşxaş əkirmiş FOTO


Kriminal 07 Avq 2019 17:49:53 262 0

Həyətində xaşxaş əkirmiş  FOTO

Quba sakininin həyətində xaş-xaş aşkarlanıb.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 46 yaşlı Mərdan Qasımov saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan dekorativ gül kollarının arasında yetişdirilmiş dörd ədəd əkilib-becərilməsi qadağan olunan narkotik təbiətli xaş-xaş bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərə aid fotolar