Baş prokurorun müavininin Şəmkirdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib


Digərləri 07 Avq 2019 17:39:00 230 0

Baş prokurorun müavininin Şəmkirdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Namiq Əsgərovun Şəmkir və Tərtər rayon sakinləri ilə avqustun 9-na nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.

Bakı. Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə müvafiq olaraq Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əsgərovun Şəmkir və Tərtər rayon sakinləri ilə avqustun 9-na nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib. Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, qəbul avqustun 16-da saat 10:00-da Şəmkir rayon prokurorluğunun inzibati binasında keçiriləcək.