“British Airways”in kompüter sistemində nasazlıq


Dünya 07 Avq 2019 16:55:00 205 0

“British Airways”in kompüter sistemində nasazlıq

Böyük Britaniyanın "British Airways" aviaşirkətinin kompüter sistemində baş vermiş texniki qüsurla əlaqədar 300-ə yaxın reys təxirə salınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, problem əsasən Londonun Getvik, Hitrou və Siti hava limanlarına təsir göstərib.

Avropanın digər hava limanları da zərər çəkib.

Reyslərin ləngimələri ilə əlaqədar hava limanlarında sıxlıqlar yaranıb.