QMİ rəsmisi: Qurban bayramının xüsusiyyətlərindən biri din ayrı-seçkiliyinə yol verilməməsidir


Digərləri 07 Avq 2019 16:56:00 183 0

QMİ rəsmisi: Qurban bayramının  xüsusiyyətlərindən biri din ayrı-seçkiliyinə yol verilməməsidir

Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər

Bakı. Qurban bayramında istənilən dindən olan kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı keçirilən "Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfransda deyib. F.Nurullayev Qurban bayramının ən gözəl xüsusiyyətlərindən birinin din, məzhəb ayrı-seçkiliyinə yol verilməməsi olduğunu bildirib: "Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər".