ABŞ bankının erməni əsilli əməkdaşı iri maliyyə fırıldağında iştirakını etiraf edib


Digərləri 07 Avq 2019 16:43:00 171 0

ABŞ bankının erməni əsilli əməkdaşı iri maliyyə fırıldağında iştirakını etiraf edib

ABŞ-ın “Wells Fargo” bankının Qlendeyl şəhərindəki (Kaliforniya ştatı) filialının sabiq meneceri Akop Zakaryan 14 milyon dollar məbləğində vəsaitin yuyulmasında yardım məqsədilə səlahiyyətlərindən istifadə etdiyini etiraf edib

Bakı. ABŞ-ın “Wells Fargo” bankının Qlendeyl şəhərindəki (Kaliforniya ştatı) filialının sabiq meneceri Akop Zakaryan 14 milyon dollar məbləğində vəsaitin yuyulmasında yardım məqsədilə səlahiyyətlərindən istifadə etdiyini etiraf edib. Trend-in məlumatına görə, o, məhkəmə qərarı ilə 30 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd olunur ki, A.Zakaryan fırıldaq yolu ilə yaradılmış və sonradan dondurulmuş hesabların bərpa olunması üçün pul alıb. O, həmin hesabların bərpa olunması üçün bankın Zərərlərin qarşısının alınması şöbəsinə yanlış məlumatlar ötürüb.