Tarantinodan nazirə maraqlı sual: "Kremldə dəfn edilmək üçün nə etmək lazım idi?"


Digərləri 07 Avq 2019 16:05:00 227 0

Tarantinodan nazirə maraqlı sual: "Kremldə dəfn edilmək üçün nə etmək lazım idi?"

Hollivudun tarixində ən məşhur kinorejissorlardan biri olan Kventin Tarantino Moskvada özünün "Bir dəfə...Hollivudda" filminin premyerası çərçivəsində Qırmızı meydanda və Kremldə olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, paytaxtın ən görməli məkanlarına ziyarət zamanı onu Rusiyanın Mədəniyyət naziri Vladimir Medincki müşayiət edib.

Qeyd olunur ki, çox sadə geyinmiş Tarantinonu ətrafdakı insanların heç biri tanıya bilməyib, təkcə çinli bir turist ona yaxınlaşıb və şelfi çəkdirmək istədiyini deyib. "Moskva-Kremli" mədəniyyət qoruğundan olan kinorejissor çar topu və Kreml zənglərinə heyranlığının gizlətməyib mədəniyyət nazirinə maraqlı sualla müraciət edib: "Kremldə, yaxud onun yaxınlığında dəfn edilmək üçün nə etmək lazım idi?" Ona cavab veriblər ki, bunun üçün ən azı çar ailəsinə mənsub olmaq tələb olunurdu. Tarantino daha bir sual verib: "Amerikalı müğənni Din Ridin də Kreml divarları yanında dəfn edilməsi doğrudurmu?" Nazir Medinski ona bildirib ki, orada Din Rid deyil, yazıçı Con Rid dəfn edilib.

Kventin Tarantino daha sonra Kremlin restavrasiyası işləri ilə tanış olub. O, avqustun 7-də prodüserlər Şennon Makintoş və Devid Heymanla birlikd mətbuat konfransı keçirib və axşam öz filminin premyerasında iştirak edəcək. Kann festivalında nümayiş etdirilən "Bir dəfə...Hollivudda" filmi Rusiyada avqustun 8-də prokata çıxarılacaq. Filmdə baş rolları Hollivud ulduzları Leonardo Di Kaprio və Bred Pitt ifa edirlər.