İldə təxminən 700 həkim bu ölkədən gedir - RƏSMİ


Digərləri 07 Avq 2019 16:07:00 234 0

İldə təxminən 700 həkim bu ölkədən gedir - RƏSMİ

Dəyərləndirmələrə əsasən, ildə təxminən 700 həkim İrandan gedir.

Bakı. Elnur Bağışov - Dəyərləndirmələrə əsasən, ildə təxminən 700 həkim İrandan gedir. Trend-in məlumatına görə, bunu İranın Tibb Təşkilatının baş direktoru doktor Məhəmməd Rza Zərəfqəndi deyib. M.Zəfərqəndinin sözlərinə görə, İrandan gedən həkimlərin təxminən 400-ü ümumi həkim, 300-350-si isə mütəxəssis həkimdir. Zəfərqəndi əlavə edib ki, əlbəttə bu tam statistika deyil, çünki təşkilat bütün məlumatları əldə edə bilmir: “İranın Tibb Təşkilatında təxminən 85 min ümumi həkimin tibbi fəaliyyəti ilə bağlı qeydiyyat nömrəsi var. Lakin onların təxminən 40 min nəfəri işləmək lisenziyası alıb”.