Ən bahalı müdafiəçi nömrə seçimi etdi


İdman 07 Avq 2019 15:48:00 242 0

Ən bahalı müdafiəçi nömrə seçimi etdi

Manchester United-in yeni transferi Qarri Maquayr nömrə seçimini edib.

Goal.az-ın məlumatına görə, mərkəz müdafiəçisi yeni komandasında 5 nömrəli formanı geyinəcək.

Maquayr Hull CitySheffield  United də bu forma altında çıxış edib. 26 yaşlı oyunçu Leicester-də 15 nömrəyə üstünlük veribsə, yığmada "6"nı daşıyır.

Qeyd edək ki, Qarri Maquayr Manchester United-ə 87 milyon avroya keçib və futbol tarixinin ən bahalı müdafiəçi transferi ünvanını ələ keçirib.