Şəmkir sakini “Hummer”ini BELƏ YANDIRDI VİDEO


Digərləri 07 Avq 2019 15:35:00 216 0

Şəmkir sakini “Hummer”ini BELƏ YANDIRDI  VİDEO

Şəmkirdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın dünən axşam saat 19:40 radələrində avtomobil dayanacağında olub. 

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub və yanğın saat 19:50-də söndürülüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın "Hummer" markalı avtomobildə baş verib. Belə ki, rayon sakini Fuad Həsənov əvvəlcə avtomobilini, daha sonra özünü də yandıraraq intihara cəhd edib. Buna səbəb isə F. Hüseynovun küllü miqdarda borcu olduğu üçün avtomobilin borc qarşlığı olaraq həbsə qoyulması olub.

Müxtəlif yanıq xəsarətləri alan F. Hüseynov xəstəxanaya yerləşdirilib.