Dünyada ən böyük tutuquşunun qalıqları tapıldı


Dünya 07 Avq 2019 14:43:00 236 0

Dünyada ən böyük tutuquşunun qalıqları tapıldı

Yeni Zelandiyada dünyanın ən böyük tutuquşusunun qalıqları aşkar edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qalıqlar bir qrup arxeoloq tərəfindən aparılan qazıntılar zamanı tapılıb.

Məlumata görə, həmin tutuquşunun boyu 1 metr, çəkisi isə 10 kiloqram olub. Arxeoloqlar aparılan tədqiqata əsasən, bu quşun 20 milyon il öncə yaşadığını qeyd edirlər.

Onlar həmin tutuquşunu şərti olaraq Herakl adlandırıblar.