690.5 bal toplayan Əsmər: “Bakı Ali Neft Məktəbini məhz özüm seçdim”


Digərləri 07 Avq 2019 14:27:00 236 0

690.5 bal toplayan Əsmər: “Bakı Ali Neft Məktəbini məhz özüm seçdim”

Dövlət İmtahan Mərkəzinin I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının nəticələrinə görə ən yüksək bal (690.5) toplamış Əsmər Hacızadə Bakı Ali Neft Məktəbinin (BANM) "İnformasiya təhlükəsizliyi" ixtisasını seçib.

Son.az xəbər verir ki, Əsmər Hacızadə Xətai rayonunda yerləşən 191 nömrəli tam orta məktəbin məzunudur. Onun belə yüksək bal toplamasında "Kaspi" Təhsil Mərkəzinin müəllimlərinin də əməyi danılmaz olub.

- Əsmər, Bakı Ali Neft Məktəbinə yüksək balla daxil olanlardan biri sənsən. Yəqin ki, orta məktəbdə nailiyyətlərin olub ...

- Orta məktəbi əla qiymətlərlə bitirməsəm də, hər zaman dərslərimi yaxşı oxumağa, nizam-intizamlı şagird olmağa çalışmışam. Məktəblilərarası olimpiadalarda iştirak edərək, yüksək nəticələr əldə etmişəm. VIII sinifdə oxuyarkən, Kimya fənnindən keçirilən olimpiadada III yerə layiq görülmüşəm.

- Qəbul imtahanı necə keçdi?

- Bu il qəbul imtahanlarındakı suallar daha fərqli idi. Azərbaycan və ingilis dilində düşündürücü suallar üstünlük təşkil edirdi. Düzü, bu, mənim daha çox xoşuma gəldi. Çünki bu cür suallar abituriyentdən savadla yanaşı dünyagörüşü də tələb edir. Bu da daha intellektual abituriyentlərin şansını artırır. Sınaq imtahanlarında bəzi mexaniki səhvlər etdiyim üçün 681.4 bal toplamışdım. Qəbul imtahanında isə daha diqqətli oldum.

- İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir və ixtisas seçimini necə etməlidir?

- Məncə, yüksək bal toplayan abituriyəntlər ən yüksək qəbul balı olan ixtisasları yox, öz istədikləri, onlar üçün gələcəkdə faydalı olacaq seçimlər etməlidirlər. Bəzən belə hallara rast gəlinir ki, arzu olunan ixtisasın balı digərlərindən daha aşağı olur, abituriyent isə daha yüksək bal toplayır. Bu zaman bir çox abituriyent bala görə seçim edir. Mənə görə bu, çox yalnışdır. Əgər yaxşı bir mütəxəssis olmaq istəyiriksə, biz sevdiyimiz ixtisası seçməliyik. Bakı Ali Neft Məktəbini məhz mən özüm seçmişəm.

- Niyə məhz BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?