Prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçiriləcək


Digərləri 07 Avq 2019 13:04:00 299 0

Prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçiriləcək

İmtahan 2019-cu il avqustun 9-da saat 10.00-da Bakı İdman Sarayında başlayacaq

Dövlət İmtahan Mərkəzindən Son.az-a bildirilib ki, Mərkəz Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

İşə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən 284 nəfərin namizədliyi qeydə alınıb.

İmtahan 2019-cu il avqustun 9-da saat 10.00-da Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti, 26A) başlayacaq.

Prokurorluğa işə qəbulla bağlı müsabiqədə iştirak edəcək namizədlər 7-8 avqust 2019-cu il tarixlərində saat 10.00-dan 18.00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə "Test imtahanına buraxılış vərəqəsi"ni və "Yaddaş kitabçası"nı Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağından (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat "Yaddaş kitabçası"nda əks etdiriləcəkdir.