"Bəzən dini bayramlar vasitəsilə radikal ideyaların xaricdən ixrac edilməsinə cəhd edilir"


Digərləri 07 Avq 2019 12:59:00 244 0

"Bəzən dini bayramlar vasitəsilə radikal ideyaların xaricdən ixrac edilməsinə cəhd edilir"

Qurban əti kəsilərkən bayramın mahiyyətinə daha çox fikir verilməlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev "Dini bayramlar: tarix, ənənə və müasirlik" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Qurban əti kəsilərkən ətin çox hissəsini insan özündə saxlamamalı və ya qohumlara paylamamalıdır. Qurban ətini yoxsul insanlara paylamaq Qurban bayramının daha şəfqətli tərəfidir:

"Təəssüf ki, bəzən dini bayramlar vasitəsilə radikal ideyaların xaricdən ixrac edilməsinə cəhd edilir. Bu, qeyri- ənənəvi prosesdir. Bu baxımdan, bayramların mahiyyətini saxlamalıyıq. Müasir dövrdə dini bayramlar dövlət səviyyəsində qeyd olunur. Amma hər birimiz fərd olaraq bu bayramların mahiyyətindən uzaqlaşmalı deyilik. Fikirləşməyək ki, Qurban bayramı üçün ət kəsdim, işim bitdi. Bu bayramlar ona görə keçirilir ki, insanlar bir-birilərinə əl tutsun, bir-birinə qarşı laqeyid olmasınlar".