İtaliyada təyyarə qəzaya uğradı - 2 ölü


Digərləri 07 Avq 2019 12:50:08 206 0

İtaliyada təyyarə qəzaya uğradı - 2 ölü

İtaliyanın şimalındakı Liquriya vilayətində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb

Bakı. İtaliyanın şimalındakı Liquriya vilayətində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Trend-in məlumatına görə, hadisə nəticəsində təyyarədə olan iki pilot həlak olub. Qeyd olunur ki, pilotların itməsi ilə bağlı onların yaxınları polisə məlumat verib. Aparılan axtarışlar nəticəsində səhər saatlarında təyyarənin qalıqları və həlak olanların meyitləri tapılıb.