Aysellə Elnar yenə ayrılıb?


Şou-biznes 07 Avq 2019 12:26:00 243 0

Aysellə Elnar yenə ayrılıb?

Şairə Aysel Nəcəfli və müğənni Elnar Xəlilovun ayrıldığı iddia olunub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, iddialara səbəb cütlüyün uzun müddətdir İnstaqram-da bir-birini izləmədən çıxarması olub. Elnar Aysellə olan fotolarını sosial media hesabından silib.

Həyat yoldaşı ilə paylaşımlarını silməyə qıymayan Aysel isə onunla son fotosunu 31 mayda bölüşüb. Sevgili olduqları ərəfədən tez-tez Elnarla birlikdə paylaşım edən Nəcəflinin bu susqunluğu da ayrılıq iddialarını gücləndirib.

Paylaşımdan bir neçə gün sonra şairə üstüörtülü olsa da, həyat yoldaşından zərbə gördüyünü status yazaraq bildirib:

"Qadın bir dağdır sanki - çiyinlərində daşıyar bütün yükü... Dərdi çəkə-çəkə yenə də təbəssüm edər, amma sən bunu bilməzsən. Hər kəs üzündə bir gülüş görər. Qadın dərdini qəlbinə gömər, hiss edər, amma gözləyib səbr edər. Heç başını yalanlarla aldatdım deyə düşünməyin. Qadın yalanlarınızı da, bilər - ancaq dərdini içində çəkər. Döyülər, söyülər, zərbə görər, şiddət görər, amma sevdiyi üçün həftələrlə, aylarla səbr edər, dözər.

Qəlbində qopan fırtınaları yalnız özü dinlər. Gözündən axan yaşları gizlin-gizlin özü silər. Susar-susar... Bu, qadındır. Amma elə zərbə vurarsan ki, o heç bitməyəcək sevgisini, sizə verdiyi illəri, tükənmək bilməyən səbrini də gözləmədiyi bir anda yox edər.


Xəbərə aid fotolar