Bakıda qeyriadı yol


Digərləri 07 Avq 2019 11:20:00 207 0

Bakıda qeyriadı yol

Oxuculardan biri avtosfer.az-a Bakıda yol hərəkətinin təşkilində kobud səhvi əks etdirən foto göndərib.

Son.az sözügedən sayta istinadən xəbər verir ki, foto Badamdar qəsəbəsində yerləşən "Caspian Hospital"ın qarşısında çəkilib. Oxucu bildirib ki, Badamdar qəsəbəsində yollarda bir neçə gün əvvəl xətlər yenilənib. Geriyə isə maraqlı mənzərə qalıb. Asfalt üzərində düzünə və sola nişanlanma xətti var.

Bu, o deməkdir ki, avtomobillər həm düzünə gedə bilər, həm də sola və ya geriyə dönə bilərlər. Lakin qırıq-qırıq xətt sağda yox, solda çəkilib. Bu isə o deməkdir ki, sol zolaqla gələnlər sola və geriyə dönə bilərlər. Beləliklə, sürücülər bu nöqtədə çətin sual qarşısında qalır; sola və geriyə dönmək olar, ya olmaz?

Qanunvericiliyə nəzər salsaq, həm olar, həm də olmaz. Belə halda isə sürücü iki variantdan birini seçib hərəkət edə bilər. Amma xanım oxucumuz deyir ki, günün pik saatlarında məhz yol hərəkətinin təşkilindəki bu səhv ucbatından həmin yerdə sıxlıq yaranır. Ərazidə yaşayanlar dönüb evlərinə gedə bilmirlər.


Xəbərə aid fotolar