Qohumlarının evindən oğurluq edən Quba sakini saxlanıldı (FOTO)


Digərləri 07 Avq 2019 11:11:11 215 0

Qohumlarının evindən oğurluq edən Quba sakini saxlanıldı (FOTO)

Qubanın Təngəaltı kənd ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

Bakı. Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Təngəaltı kənd ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, araşdırmalarla onun həmin kəndin sakini, 24 yaşlı Qalib Orucəliyev olduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, Q.Orucəliyev qohumlarının kənd ərazisində keçirilən toy mərasimində iştirak etməsindən istifadə edərək onlara məxsus fərdi yaşayış evlərinə qanunsuz daxil olmaqla oradan pul və qızıl-zinət əşyaları oğurlayıb.