Qarabağ Boca Juniors-un qapıçısına təklif göndərdi


İdman 07 Avq 2019 10:46:00 262 0

Qarabağ Boca Juniors-un qapıçısına təklif göndərdi

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən Qarabağ Argentinanın Boca Juniors komandasının futbolçusu Markos Diasa təklif göndərib.

Goal.az “TNT Sports”a istinadən xəbər verir ki, Ağdam təmsilçisi 33 yaşlı argentinalı qapıçının xidmətində maraqlıdır. Bu ilin yanvarında Buenos-Ayres klubu ilə 1,5 illik müqavilə bağlayan Dias əsas heyətə düşməkdə çətinlik çəkir. 

Qeyd edək ki, hazırda Qarabağ-ın əsas qapıçısı braziliyalı Vaqner da Silvadır. İkinci qapıçısı isə Şahrudin Məhəmmədəliyevdir.