Sabirabadda "qara yara"ya yoluxan xəstə ilə bağlı YENİ XƏBƏR


Digərləri 07 Avq 2019 10:30:00 248 0

Sabirabadda "qara yara"ya yoluxan xəstə ilə bağlı YENİ XƏBƏR

Sabirabadda "qara yara"ya yoluxan 58 yaşlı kişinin vəziyyəti artıq yaxşılaşıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Mərkəzdən bildirilib ki, hazırda müalicəsini davam etdirən xəstə yaxın 1-2 gün ərzində evə buraxılacaq.

Qeyd edək ki, Sabirabadda iki nəfər "qara yara"ya yoluxmuşdu. İyulun 25-də xəstələr ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. İyulun 29-da xəstələrdən biri - 60 yaşlı kişi dünyasını dəyişib.