Fəhlənin ölümü ilə bağlı


Digərləri 07 Avq 2019 09:59:00 232 0

Fəhlənin ölümü ilə bağlı

Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində məcburi köçkünlər üçün salınan şəhərçikdə qeydə alınan ölüm hadisəsi ilə bağlı cinayət işi açılıb.

Mİlli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Belə ki, rayon sakini, 1971-ci il təvəllüdlü İbrahimov Rəmzi Qələbə oğlu 3 aydır ki, fəhlə kimi çalışdığı "DİADEM" MMC tərəfindən tikintisi həyata keçirilən binanın ikinci mərtəbəsindən yıxılaraq xəsarət alıb.  O, iki saat sonra çatdırıldığı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2 maddəsi ilə  cinayət işi başlanıb.