"Lekima" Çinə yaxınlaşır - Fəlakət qaçılmaz oldu


Digərləri 07 Avq 2019 09:49:13 171 0

"Lekima" Çinə yaxınlaşır - Fəlakət qaçılmaz oldu

Çinin şərq vilayəti Çjetszyan bu mövsümün sayca doqquzuncu qasırğası ilə üz-üzə qalıb.

Bakı. Çinin şərq vilayəti Çjetszyan bu mövsümün sayca doqquzuncu qasırğası ilə üz-üzə qalıb. Trend-in məlumatına görə, Çinin Mərkəzi Meteoroloji Xidməti "Lekima" adlı qasırğanın vilayətin sahillərinə avqustun 9-10-da çatacağını proqnozlaşdırıb. Hazırda qasırğanın hərəkət istiqmətində küləyin sürəti 126 km/saat qeyd edilir. Küləyin sürətinin avqustun 10-da maksimum 162 km/saata çatacağı gözlənilir.