"Lekima" qasırğası Çinin şərq sahillərinə


Dünya 07 Avq 2019 09:15:00 240 0

"Lekima" qasırğası Çinin şərq sahillərinə

Çinin şərq əyaləti Çjeszyana bu mövsümdə 9-cu tropik qasırğa - "Lekima" yaxınlaşır.

Son.az APA-ya istinadən xəbər verir ki, qasırğanın episentri əyalətin sahillərinə avqustun 9-dan 10-na keçən gecə çatacaq.

Hazırda qasırğa Syanşan bölgəsindən 1200 km cənub-şərqdə yerləşir. Tropik cərəyan isə 16 km/saat sürətilə şimal-qərb istiqamətində hərəkət edir. Tayfun bütün gücünü toplayır və yaxın vaxtlarda supertayfuna çevrilə bilər.

Hazırda qasırğanın mərkəzində küləyin sürəti 126 km/saata bərabərdir. Onun sahilə çatanda sürətinin 162 km/saata çatacağı gözlənilir.