Kabildə hava limanı yaxınlığında partlayış və atışma baş verib


Dünya 07 Avq 2019 08:52:00 197 0

Kabildə hava limanı yaxınlığında partlayış və atışma baş verib

Əfqanıstanın paytaxtı Kabil şəhərinin hava limanı yaxınlığında partlayış və atışma baş verib.

Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış və atışma nəticəsində ölənlər və yaralananlar ola bilər.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

Xatırladaq ki, ötən gün Kabil şəhərinin küçələrindən birində Əfqanıstan Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə üzrə İdarəsinə məxsus avtomobilin keçdiyi zaman velosipedə bərkidilmiş partlayıcı qurğu işə salınıb.