Ərdoğan Əbdüləziz Kamilovu qəbul edib


Dünya 07 Avq 2019 08:40:00 201 0

Ərdoğan Əbdüləziz Kamilovu qəbul edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilovu qəbul edib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, görüş Ankarada yerləşən prezident sarayında bağlı qapılar arxasında keçirilib.

Bildirilir ki, danışıqlarda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.