"Ən azyaşlısı 6 aylıq oğlan uşağı Ərdəbilin Təzəkənd kəndində boğulub..."


Dünya 07 Avq 2019 07:55:00 225 0

"Ən azyaşlısı  6 aylıq oğlan uşağı Ərdəbilin Təzəkənd kəndində boğulub..."

İranda dəniz, çay, göl, su anbarları və su hovuzlarında 138 gün ərzində 863 nəfər boğulub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib.

M.Xalidinin sözlərinə görə, onların 565-i həyatını itirib.

Boğulanların 5%-i 3 yaşdan aşağı, 15%-i 4-10 yaş, 22%-i 11-21 yaş, 24%-i 21-30 yaş, 16%-i 31-40 yaş, 7%-i 41-50 yaş, 5%-i 51-60 yaş, 7%-i 61 yaşdan yuxarı şəxslərdir: